Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən iş adamı məhkəmə zalından azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən iş adamı məhkəmə zalından azadlığa buraxıldı

Date: 19 October 2016 12:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Adil Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, dostu Rasim Əliyevdən 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar almaqda təqsirləndirilib.

Milli.Az


Tags:  Dələduzluqda təqsirləndirilən adamı məhkəmə zalından azadlığa buraxıldı

RƏYLƏR


Top news