Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göygölə 25-30 santimetr qar yağdı: ağaclar qırıldı - FOTO

Göygölə 25-30 santimetr qar yağdı: ağaclar qırıldı - FOTO

Date: 19 October 2016 12:32

Ölkə ərazisinə yağan güclü yağışların bölgələrdə qara keçməsi bəzi fəsadlara yol açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gecədən yağan güclü qarın hündürlüyü Göygöl Milli Parkının ərazisində 25-30 santimetrə çatıb. Qarın yağması güclü küləklə müşayiət olunub. Güclü külək və qarın ağırlığından qoruq ərazisindəki kövrək ağaclar qırılıb.

Məlumata görə, Milli Parka gedən yol buz bağladığından hərəkətdə müvəqqəti çətinliklər yaranıb.

Qeyri-sabit hava şəraitinə baxmayaraq, Gəncə şəhərində qazın, işığın və suyun verilməsində problemlər yoxdur.

Milli.Az





Tags:  Göygölə 25-30 santimetr qar yağdı ağaclar qırıldı FOTO

RƏYLƏR


Top news