Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ana ölümlərinin səbəbi açıqlandı

Ana ölümlərinin səbəbi açıqlandı

Date: 19 October 2016 12:33

Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalma qeydə alınıb. Təhlillərin nəticələri göstərir ki, əksər hallarda ana ölümlərinin səbəbi ekstogenikal patologiyadan baş verir.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib. O bildirib ki, xəstələrin sayının artması bu gün anaların müayinəsi və ekstogenikal xəstəliklərin aşkarlanmasının faizini artması ilə bağlıdır: “Aprel ayında bu vaxta qədər 6 aparıcı müəssisələrin həkimləri ana ölümlərinin qarşısını almaq məqsədilə regionlara ezam olunub. Onlar anaları, ailələri maarifləndirir”.

Ana ölümlərinin qeysəriyyə, yoxsa təbii doğuşlar zamanı daha çox müşahidə edilməsinə gəldikdə, S.Məmmədova bu rəqəmin bərabər olduğunu bildirib. “Normal doğuş bir anda patologiyaya çevrilə bilər. Qadın hər ay həkimə müraciət edirsə, həmin qadınların doğuş zamanı fəsadlaşmanın olması riski aşağı olur. Lakin təəssüf ki, adətən bizə ağırlaşmalarla müraciət edilir”.

S.Məmmədova hamilə qadınların əsasən normal doğuşa önəm verdiklərini deyib: “Bu iki proses arasındakı fərqi müəyyən etmək üçün doğuşayardım tibb komissiyasının səviyyəsinə baxmaq lazımdır. Elə doğuşayardım tibb müəssisəsi var ki, orada yalnız fizioloji baxımdan doğuş vaxtı çatmış analar müraciət edir. Üçüncü dərəcəli tibb müəssisələrinə daha çox ağır patologiyalı xəstələr üz tutur. Bu müəssisələrdə qeysəriyyə kəsiyinin faizi respublika üzrə olandan daha çox ola bilər”.

Gülxar


Tags:  Ana ölümlərinin səbəbi açıqlandı

RƏYLƏR


Top news