Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

® “NICOS COSMETİCS” brendinin dəstəyi ilə şahmat turniri keçirilib

® “NICOS COSMETİCS” brendinin dəstəyi ilə şahmat turniri keçirilib

Date: 19 October 2016 12:34

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə 15-16 oktyabr 2016-cı il tarixlərində Suraxanı Gənclər və İdman İdarəsi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “NICOS COSMETİCS”  brendinin dəstəyi ilə “Sabunçu Gənclər Evi”ndə şahmatın blits və rapid növləri üzrə beynəlxalq reytinq turniri keçirilib.

Azərbaycanda şahmatın təbliği və inkişafı, uşaq, yeniyetmə və gənclərin şahmata cəlb edilməsi məqsədi ilə təşkil olunan turnirdə  8,10, 12 yaş kateqoriyalarında kiçik şahmatçı oğlan və qızlar, yuxarı yaş kateqoriyalarında kişi və qadın şahmatçılar, habelə veteran lövhə ustaları mübarizə aparıblar. 

Turnirin yekununda kişilər və qadınlar üzrə müxtəlif yaş kateqoriyalarında ilk 3 yeri tutan iştirakçılar təşkilatçıların təsis etdiyi müvafiq dərəcəli diplom və medallar, habelə turnirin rəsmi tərəfdaşı olan “NICOS COSMETİCS” brendinin təqdim etdiyi dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

“NICOS COSMETİCS” brendi 2012-ci ildə təsis edilib. “NICOS COSMETİCS” məhsulları Turkiyədə istehsal olunur, yüksək keyfiyyəti ilə seçilir və qısa müddətdə bir çox ölkələrdə sevilən brendə çevrilib.






Tags:  NICOS COSMETİCS brendinin dəstəyi şahmat turniri keçirilib


RƏYLƏR


Top news