Döyüşləri canlı yayımda göstərmək olar - FOTO

Döyüşləri canlı yayımda göstərmək olar - FOTO
12:42 19 Oktyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın ikinci ən böyük şəhəri olan Mosulun İŞİD-dən azad edilməsi ilə bağlı əməliyyatlar davam edir. Dünyanın ən məşhur xəbər telekanalları media tarixində ilk dəfə olaraq döyüşləri sosial şəbəkələrdə canlı yayımda translyasiya edirlər.

Milli.Az bildirir ki, Channel 4, Al Jazeera, RT və Al Arabiya telekanalları Facebook-dakı səhifələrində Facebook Live vasitəsilə döyüşləri real zamanda nümayiş etdirirlər.

Belə translyasiyalar, xüsusilə də sosial şəbəkə istifadəçilərinin görüntülərə smayliklər vasitəsilə münasibət bildirmələri birmənalı qarşılanmayıb.

Ekspertlərin fikrincə, Facebook Live vasitəsilə döyüşlərin Facebook-da translyasiyası irreal mənzərə, antiutopiya təsiri bağışlayır.

Telekanallar isə 21-ci əsrdə yaşadığımızı, insanların baş verən hadisələr barədə operativ məlumatlar əldə etmək hüququna malik olduqlarını bəyan ediblər.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR