Niderlandda Xocalı soyqırımı haqda sərgi təşkil olunub

16:07 5 Yanvar 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:04 ]

Niderlandın Aalten şəhərində Xocalı soyqırımına həsr olunmuş “Üç nəsil, bir soyqırım” adlı fotosərgi keçirilib.

 

Diasporla İş Üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, fotosərgidə 1992-ci ildə Xocalıda, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərində çəkilmiş, ermənilərin törətdiyi soyqırımlar və vəhşilikləri əks etdirən 125 foto nümayiş olunub.
 

Sərginin təşkilatçısı Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın fotosərginin Aalten şəhərində təsadüfən keçirilmədiyini bildirib: "Aalten şəhəri İkinci Dünya Müharibəsi zamanı alman faşistlərinin təcavüzünə daha çox məruz qalan şəhərlər sırasındadır. Məhz bu səbəbdən də aaltenlilərin Xocalı faciəsini daha dərindən anlayacağını düşünərək fotoların sərgisi üçün bu şəhər seçilib".
 

Sərginin açılışında çıxış edənlər 23 il əvvəl Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması barədə məlumat veriblər.
 

Sərgidə həmçinin 1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar, hələ çar Rusiyası zamanında rusların dəstəyi ilə qədim İrəvan xanlığının erməniləşdirilməsi barədə açıqlamalar verilib, faktlar səsləndirilib, videokadrlar nümayiş etdirilib. Sərgi çoxlu sayda tamaşaçılar tərəfindən ziyarət olunub.

 

Qeyd edək ki, “Üç nəsil, bir soyqırım” sərgisi daha əvvəl Brüssel və Haaqada nümayiş etdirilib. Aaltendən sonra Hollandiyanın digər şəhərlərində də sərginin təşkili planlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR