Dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd olub

Dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd olub
12:42 19 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Salyan dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd olub.
"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan dəmir yolu stansiyasının ərazisindən vaqonlardan sökülmüş 2 m3 taxtanı oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Salyan şəhər sakinləri Rauf Hüseynov və Fərhad Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/demir-yolu-stansiyasinin-erazisinden-ogurluga-cehd-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR