Qobustanda sürüşmə aktivləşib.
İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir
saat davam edib.
Nəticədə uzunluğu 100 metrdən artıq sürüşmə zolağı yolun uçmasına
səbəb olub. Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan, digər
hissəsi ilə isə Hacıqabul rayonlarına çıxır. Sözügedən yolun hər
iki çıxışında baş verən sürüşmə nəticəsində kəndilərin Şamaxı-Bakı
yoluna çıxan və əks tərəfə Hacıqabul – Kürdəmir rayonlarına getmək
üçün yol artıq hər iki tərəfdən bağlanıb. Sürüşmə zolağı hər gün
genişlənir.
Torpaq uçqununun baş verdiyi nöqtədə 3 yaşayış evi yerləşir. Elə
sözü gedən ev sahibi də artıq öz evində gecəliyə bilmir. Uçqunlar
nəticəsində 130 metr torpaq qatı sürüşərək ərazidə hərəkəti
tamamilə bağlayıb. İri texnikalar belə, bu yolda istifadə edə
bilmirlər.
Kənd sakinləri lazımı qurumlara xəbər versə də hələlik yolda hər
hansı bir iş görülməyib. (arbtv)