"Bakıda reproduktiv dövrdə olan qadınların 30 faizi ailə qurmur"

"Bakıda reproduktiv dövrdə olan qadınların 30 faizi ailə qurmur"
13:09 19 Oktyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

"Son illər Bakıda reproduktiv dövrdə olan qadınların 30%-ə qədəri ailə qurmayıb". Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib. E.Əliyeva vurǧulayîb ki, reproduktiv saǧlamlıǧa təsir edən amillərdən biri də gənclərin vaxtında ailə qurmamasıdır: "Müşahidələrə görə, reproduktiv dövrdə olan hər 3-4 gəncdən biri ailə qurmayıb. Bu gün gənclərin düzgün ailə qurmasına ehtiyac var və onlar ailə ilə bağlı düzgün maarifləndirməlidir".

 

 E.Əliyeva qızların gec ailə qurmasına da toxunub: " Indi qızlar gec ərə gedir, statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. 35 yaşda ailə quran qızın isə xroniki xəstəliklərə meylliyi həddən çox artır. Bu qızların saǧlam uşaq doǧma ehtimalı da az olduǧundan daha çox qeysəriyyə kəsiyinə maraq çoxalır".

 

E.Əliyeva qohum nikahına qarşı olduğunu da deyib. O qeyd edib ki, insanlar uzaqdan olanlarla nikaha üstünlük verməlidirlər: “Bakı kəndlərində ailələr hətta 4-5 dəfə qohum olurlar. Buna qarşı əks təbliğat aparılmalıdır". Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə əlavə edib ki, Azərbaycanın regionlarına uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəliklər fərqlənir: " Regionlara xas xəstəliklər fərqli olduǧundan hamiləlik patologiyaları da fərqli yaşanır". Onun sözlərinə görə, qızlar nə qədər gec ailə qurarsa, xroniki xəstəliklər artır, hamiləliyin risk qrupuna daxil olurlar və bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında düzgün ailə qurmaq lazımdır.

 

 

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva isə deyib ki, regionlar arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur: "Sadəcə regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da ailə qurmağa təsirini göstərmiş olur".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR