Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub

KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub

Date: 19 October 2016 13:17

"Qazaxıstan prezidenti Nursultan Nazarbayev iclasda iştirak etmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibini seçə bilmədik".

Milli.Az report-a istinadən bildirir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja "Rossiya-24" televiziyasına müsahibəsində deyib.
O qeyd edib ki, təşkilatın baş katibinin, idarə rəislərinin, müavinlərin və bütün vəzifəli şəxslərin dəyişdirilməsi rotasiya qaydasında prezidentlərin qərarı əsasında həyata keçirilməlidir.
N.Bordyujanın sözlərinə görə, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev xəstələnərək, KTMT-nin iclasına qatıla bilmədiyinə görə, təşkilatın baş katibinin və digər vəzifəli şəxslərin müəyyənləşdirilməsi məsələsi təxirə salınıb: "Bu məsələ KTMT-yə üzv olan bütün ölkələrin prezidentlərinin iştirakı ilə həll edilməlidir. Bu ilin dekabrında prezidentlərin görüşü barədə razılıq əldə olunub. Onda yekun qərar qəbul ediləcək".
Qeyd edək ki, KTMT-yə üzv olan ölkələrin prezidentlərinin zirvə toplantısı bu il oktyabrın 13-14-də Yerevanda keçirilib. Ermənistan prezidenti Serj Sarqisyan qurumun baş katibi ilə bağlı məsələsnin ilin sonunda Rusiyada keçiriləcək iclsada həll ediləcəyini bildirib.
Xatırladaq ki, KTMT 1992-ci il mayın 15-də yaradılıb. Qurumda Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan təmsil olunur.   

Milli.Az


Tags:  KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub

RƏYLƏR


Top news