Şok kadrlar: İŞİD yeni edamları göstərdi - VİDEO - FOTO

Şok kadrlar: İŞİD yeni edamları göstərdi - VİDEO - FOTO
13:22 19 Oktyabr 2016
225 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam videolarını yayıb.

Videolarda terrorçuların "səlibçilərin və Taqutun casusları" adlandırdıqları şəxslərin güllələnmə anları əks olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bir videoda əyinlərində narıncı kombinezon olan iki şəxsin "cinayət"ləri oxunur, sonra onlar diz çökdürülürlər.

Bu şəxslərin arxasında durmuş 10-12 yaşlı oğlanlar əllərindəki tapançaları qaldırıb iki zavallının başına tuşlayır və atəş açırlar.

Video İraqın şimalında, Nineviya vilayətində çəkilib.

Digər videoda isə iraqlı şiələrin hərbi birləşmələrindən birinin mənsubu diz çökdürülür. İŞİD terrorçusu əlindəki aerozol boya balonu ilə onun alnına qara ləkə çəkir, sonra pompalı tüfənglə həmin ləkəni nişan alıb atəş açır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR