“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

“Günəşli” yatağındakı daha bir quyu istismara verilib
13:22 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Dayazsulu Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3 040-3 005 metr intervaldan sutkalıq 40 ton neft və 7 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gunesli-yatagindaki-daha-bir-quyu-istismara-verilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR