Azərbaycanda 2016-cı ildə "İlin müğənnisi" , "İllərin sənətkarı" kimdir? - FOTOLENT

Azərbaycanda 2016-cı ildə "İlin müğənnisi" , "İllərin sənətkarı" kimdir? - FOTOLENT
13:24 19 Oktyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün paytaxt otellərinin birində VII beynəlxalq “The First 2016” mükafatlandırma mərasimi keçirilib. Lent.az-a açıqlama verən tədbirin təşkilatçısı Xəyal Rza bildirib ki, gecədə əməkdar artist Elza Seyidcahan “İlin müğənnisi” , müğənni Tacir Şahmalıoğlu isə “İllərin sənətkarı” mükafatı ilə təltif olunub:

 

“Artıq bu 7-ci “The First” mükafatlandırma mərasimdir kİ, Azərbaycanda keçirilir. Bu mükafat yalnız mədəniyyət sahəsində olan insanlara yox, elm, idman və müxtəlif sahədə uğur qazanan şəxslərə verilir. Hər il bir müğənni “İlin müğənnisi” nominasiyasını qazanır. Ötən il bu nominasiyaya xalq artisti Faiq Ağayev layiq görülmüşdü. Bu il isə, əməkdar artist Elza Seyidcahan  bu mükafatı qazandı. Ötən il xalq artisti Ağadadaş Ağayev “İllərin sənətkarı” mükafatına layiq görülmüşdüsə, bu il həmin mükafat Tacir Şahmalıoğlu layiq görüldü”. 

 

Xatırladaq ki, gecədə Türkiyənin tanınmış müğənniləri Hande Ünsal “Ən yaxşı çıxışa görə” , Mehmet Özkaya “Türk sənət musiqisindəki xidmətlərinə görə” “The First” mükafatı ilə təltif olundular.

 

Qeyd edək ki, tədbirdə millət vəkili Qənirə Paşayeva, müğənnilər Manaf Ağayev, Sevil İsgəndərli, Orxan Babazadə, Şəbnəm Tovuzlu ( Əsədova) , Emil Bədəlov, Hacı Nazim, modelyer Gülnarə Xəlilova, aktyor Cövdət Şükürov da iştirak edirdi. 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR