"Uzun illərdir pul qazanırsız, bir dəfə də Eldar Mahmudova pay ayırmamısız..."

"Uzun illərdir pul qazanırsız, bir dəfə də Eldar Mahmudova pay ayırmamısız..."
13:27 19 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, MTN generalı Akif Çovdarovun  barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıblar. 

Çovdarovun cinayət işi, vəkillərinin də təsdiq etdiyi kimi, çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki "Əlibaba və qırx quldur" nağılındakı taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldurları xatırladır.

Milli.Az virtualaz.org-a istinadən qanqster-generalın cinayət işi üzrə sensasion epizodları oxuculara təqdim edir. Belə epizodlardan biri də Azərbaycanda kifayət qədər tanınmış şirkətin - plastik su və kanalizasiya boruları istehsal edən "Met-ak" MMC-nin sahibinin soyulması barədədir.

Bu şirkətin "Met-ak" reklam deyil, sözün düzünü deyir..." devizli reklam roliklərinə, yəqin ki, baxmışınız. 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin işçisi (hazırda onunla birlikdə müttəhimlər kürsüsündə oturmağa hazırlaşır) polkovnik-leytenat Akif Əliyev bu şirkətin direktorunu hüzuruna çağıranda da görünür, "Met-ak" borularının davamlılığını sınaqdan keçirmək deyil, "sözün düzünü" çatdırmaq istəyirdi.

Beləliklə, "Met-ak" şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu zərərçəkmiş qismində istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

Necə olub ki, 1997-ci ildən işləyən və plastik boru bazarında əhəmiyyətli paya malik olan bu şirkət MTN-in gözündən yayınıb? Təəcüblüdür, amma Çovdarov-Mahmudov qruplaşması "Met-ak" şirkətinin sahiblərini "yolmaq" fikrinə çox gec - 2015-ci ilin fevralında düşüb.

Zərərçəkən deyir ki, həmin vaxt MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi) Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başladı. "Bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazımdır", - dedi. Zülfüqarov, təbii ki, bu barədə əvvəlcə dayısına xəbər verir, onun razılığını alandan sonra fevralın əvvəllərində səhər tezdən yollanır MTN-in binasına.

Qapıda onu Akif Əliyevin işçilərindən biri qarşılayır, MTN-in ikinci mərtəbəsinə aparıb otaqlardan birinə salır. Zülfüqarovu axşama qədər MTN-də saxlayıblar və bir neçə dəfə dindiriblər, izahat-filan alıblar. Nəhayət saat 19.00 radələrində Akif Əliyev otağa daxil olur, söhbətə başlayır və çox keçmədən mətləbə keçir.

"Uzun illərdir işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız. Sizin bütün maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanıb tək yeməkdir", - Əliyev deyir.

Daha sonra Çovdarovun işçisi mətləbə keçir: "50 min manat verməlisiniz, əks halda sizə işləməyə imkan verməyəcəyik!"

Zülfüqarovun isə cavabı belə olur ki, 50 min manat məsələsində qərarı ancaq dayısı Alik verə bilər, ona görə də gərək dayısı ilə danışsın, sonra cavab versin. Ertəsi gün Zülfüqarov şirkətin ofisində məsələni dayısına danışır. Ancaq Alik Kərimov deyir ki, "Met-ak" şirkətinin fəaliyyətində heç bir pozuntu mövcud deyil və MTN onlara heç nə edə bilməz. Ancaq hər halda aparıb Akif Əliyevə 10 min manat vermək lazımdır ki, başlarını ağrıtmasın.

Belə də olur. Zülfüqarov "Met-ak"ın kassasından 10 min manat götürür, fevralın 11-də Akif Əliyevə zəng vuraraq onunla MTN-in yaxınlığındakı "Sultan" kafesində görüşür. Pulu çatdırır, bundan sonra Akif Əliyev onu narahat etmir.

İstintaq bu deyilənləri təsdiq edən dəlillər toplayıb, MTN-in binasında çəkilmiş videogrüntülərə əsasən Zülfüqarovun göstərilən tarixdə nazirliyə aparıldığını təsdiqləyib. Habelə "Met-ak"ın hesabat kitabında 10 min manat pulun kassadan MTN-ə çatdırılması üçün götürüldüyü haqda qeyd olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19

Tamilla: "Bilirəm, Bakı üçün uyğun olmayan bədənim var" - FOTO

23 İyul 2017 23:17

Yuxu zamanı boğulma hissi ilə oyanırsınızsa…

23 İyul 2017 23:17

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

23 İyul 2017 23:12

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

23 İyul 2017 23:12

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapıldı

23 İyul 2017 23:09

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”

23 İyul 2017 23:05

Məşhurların satışa çıxarılan əşyaları - FOTO

23 İyul 2017 23:05

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının FOTOları - YENİLƏNİB

23 İyul 2017 22:57

"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule

23 İyul 2017 22:57

İsrail səfirliyinə silahlı hücum -

23 İyul 2017 22:56

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42

Ağ Evdə məlumat sızması olduqda...

23 İyul 2017 22:42

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi

23 İyul 2017 22:37

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

23 İyul 2017 22:37

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, yaralananlar var

23 İyul 2017 22:37

Ən gözəl boksçu - FOTO

23 İyul 2017 22:32

Ailəli xanımın gənc sevgilisiylə yaşadığı fantaziya faciə ilə nəticələndi -

23 İyul 2017 22:30

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23 İyul 2017 22:27

İsrail səfirliyinə hücum oldu - Əmmanda

23 İyul 2017 22:24

Nikah bağlamağın qaydaları

23 İyul 2017 22:22

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

23 İyul 2017 22:17

Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

23 İyul 2017 22:12