Çexiya Azərbaycana silah satılmasına qoyulan qeyri-rəsmi qadağanı poza bilər

Çexiya Azərbaycana silah satılmasına qoyulan qeyri-rəsmi qadağanı poza bilər
13:32 19 Oktyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Çexiya Azərbaycana silah satan ikinci NATO ölkəsi ola bilər.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib:

"Müdafiə naziri Zakir Həsənov oktyabrın 18-də Çexiyaya səfər edib. Nazir Çexiyaya səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan şirkətlərini ziyarət edib. Azərbaycanın müdafiə nazirinə bu şirkətlərin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.

Azərbaycan bir sıra dövlətlərdən silah və hərbi texnika alır. Türkiyə xaricində Azərbaycan NATO ölkələrindən silah almır. Çünki qeyri-rəsmi embarqo var. NATO ölkələri Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana və Ermənistana silah satmamağa üstünlük verirlər. Ancaq Azərbaycan və Ermənistan onsuz da müxtəlif ölkələrdən silah alırlar. Azərbaycan modern hərbi texnikanın alışına milyardlarla dollar xərcləyir. Ona görə də bəzi NATO ölkələri bu bazarı tamamilə rəqiblərə əldən verməmək haqqında düşünə bilərlər. Mümkündür ki, Çexiya Türkiyədən sonra ikinci NATO ölkəsi olsun ki, Azərbaycana silah və hərbi texnika satmağa qərar versin".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR