Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhərin qapısında 20 kəsik baş asdılar - GÖZDAĞI

Şəhərin qapısında 20 kəsik baş asdılar - GÖZDAĞI

Date: 19 October 2016 13:38

Mosul əməliyyatının üçüncü günündə şəhərdən qaçış başlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Mosuldan qaçan təxminən 900 nəfərlik ilk böyük qrupun Suriya sərhədini keçdiyini açıqlayıb.

Onlar qaçqın düşərgəsində yerləşdirilib.

İŞİD terror təşkilatı isə mülki əhalinin şəhərdən qaçmasına mane olmaq üçün sərt üsullara əl atır. Təşkilat sakinlərə gözdağı vermək məqsədilə şəhər qapısından 20 kəsilmiş baş asıb. Şəhərdən qaçanlar arasında qadın paltarı geyinən İŞİD üzvlərinin də olduğu bildirilir. Peşmərgə (Şimali İraq kürd regional rəhbərliyinin silahlı qüvvələri –red.) gücləri onlardan bəzilərini tuta bilib.

Sünni lider və İraqın baş nazirinin keçmiş köməkçisi Saleh Mutlak televiziyadan Mosul əhalisinə “İŞİD-ə qarşı qiyam qaldır” çağırışı edib.

İranın təlim keçdiyi şiə milisləri isə türkman qəsəbəsi olan Telaferə qərb istiqamətdən daxil olacaqlarını bildirib. Bölgədəki mənbələrdən alınan məlumatlara görə, əməliyyatın başlandığı gündən bu günə kimi İŞİD-in 100 üzvü öldürülüb.

Ömər Dağlı


Tags:  Şəhərin qapısında 20 kəsik baş asdılar GÖZDAĞI

RƏYLƏR


Top news