Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Suriya Krımı tanıdı

Suriya Krımı tanıdı

Date: 19 October 2016 13:52

"Suriya hökuməti Krımı Rusiyanın tərkib və ayrılmaz hissəsi sayır".

Milli.Az bildirir ki, Suriya parlamentinin spikeri Hadiyə Abbas Sputnik agentliyinə verdiyi müsahibəsində belə deib.

"Krım əvvəllər sabiq SSRİ-nin tərkib hissəsi idi və referendum nəticəsində əvvəlki vəziyyətinə qatıldı. Krım sakinləri ölkələri ilə birləşmək qərarını verdilər. Biz də Krımı Rusiyanın tərkib hissəsi sayırıq", - H.Abbas söyləyib.

Onun sözlərinə görə, Suriya bütün məsələlərdə Rusiyaya etibar edib.

"Görürük ki, Rusiyanın XİN başçısı Sergey Lavrov öz ölkəsinin maraqları təki Suriyanın mənafelərini müdafiə edir. Rusiya prezidenti Vladimir Putin də öz ölkəsini müdafiə edirmiş təki Suriyanı qoruyur", - Suriya parlamentinin spikeri söyləyib.

Milli.Az


Tags:  Suriya Krımı tanıdı

RƏYLƏR


Top news