Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mosulda 100 İŞİD-çi öldürülüb

Mosulda 100 İŞİD-çi öldürülüb

Date: 19 October 2016 14:05

Mosulun azad edilməsi əməliyyatının üçüncü günündə rəsmi Vaşinqton bəyan edib ki, İŞİD terror təşkilatı kimyəvi silahdan istifadə edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bölgədəki mənbələrdən alınan məlumatlara görə, əməliyyatın başladığı gündən bu vaxtadək 100 İŞİD üzvü öldürülüb.

Terror təşkilatının mülki əhalinin şəhəri tərk etməməsi üçün qorxutmaq məqsədilə şəhərin çıxışında 20 kəsilmiş insan başı asdığı bildirilir.

Bundan başqa, "Peşmərgə" qüvvələri qadın paltarı geyinərək qaçmağa çalışan bir neçə İŞİD-çini saxlayıb.

Milli.Az


Tags:  Mosulda 100 İŞİD-çi öldürülüb

RƏYLƏR


Top news