Qvardiola: "Messini transfer etmək istəmirəm"

Qvardiola: "Messini transfer etmək istəmirəm"
14:17 19 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Neymarı transfer etmək  istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində Kataloniya klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında bu iddiaları təkzib edib:

"Onların heç biri ilə danışmamışam. Messi ilə görüşməmişəm. Onun yerinə olsam, futbolçu karyeramı "Barselona"da başa vuraram. Ancaq Messinin karyerasında dəyişiklik etmək istəyib-istəmədəyini bilmirəm. Əgər istəsə, onu 7-8 klub transfer etməyi düşünəcək. Seçim Messiyə qalıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR