Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağ Evdə son günlərini yaşayan birinci xanımın ən dəbli ziyafət libası - FOTOLAR

Ağ Evdə son günlərini yaşayan birinci xanımın ən dəbli ziyafət libası - FOTOLAR

Date: 19 October 2016 14:18

Amerikanın birinci xanımı Mişel Obama sözün əsl mənasında başdan-ayağa qədər günəş kimi hər tərəfə işıq saçıb.

Publika.az xəbər verir ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Barak Obama isə öz postunu tərk etməyə hazırlaşır. Prezident bu münasibətlə Ağ Evdə nahar təşkil edib. Barak Obama və Mişel Obama İtaliyanın baş nazirinin gəlişi şərəfinə Ağ Evdə ziyafət verib.

Мишель Обама в платье Atelier Versace

Ziyafətdə bütün diqqətlər Barak Obamaya deyil, onun xanımı Mişel Obamaya yönəlib. Məsələ ondadır ki, Amerikanın birinci ledisi nazirin gəlişi şərəfinə verilən şam yeməyi üçün ziyafət libasını “Atelier Versace” italyan moda evindən seçib. Parıltılı paltar birinci xanımın bədən quruluşunu və bütün məziyyətlərini ideal şəkildə vurğulayıb. Əlbəttə ki, bu, təəccüblü deyil. Axı libas xüsusi olaraq birinci ledi üçün yaradılıb.

“Versace” moda evinin kreativ dizayneri Donatella Versace Mişel Obamaya təşəkkür əlaməti olaraq instaqramda birinci xanımın fotosunu paylaşıb və ürək sözlərini yazıb: “Mən Amerikanın birinci xanımını geyindirmək şərəfinə layiq görüldüm. Mişel Obama, Amerika və dünya üçün etdiyiniz hər şeyə görə, xüsusi ilə dünya qadınlarının özünü gücləndirməsi və ilhanması üçün sizə dərin minnətdarlığımı bildirirəm!”

Yeri gəlmişkən onu da qeyd edək ki, birinci ledi Ağ Evə təşrif buyuran siyasi xadimlərinə hörmət əlaməti olaraq hər dəfə onların ökləsinin tanınmış dizaynerlərindən geyinməyə üstünlük verir.

Мишель и Барак Обама

Aytən






















Tags:  Evdə son günlərini yaşayan birinci xanımın dəbli ziyafət libası FOTOLAR

RƏYLƏR


Top news