Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qəbələ" ilə oyun öncəsi 2 qayıdış

"Qəbələ" ilə oyun öncəsi 2 qayıdış

“Qəbələ” Litva klubunu uddu (25 Fevral 2017 13:27)

Tarix: 19 Oktyabr 2016 14:27

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək "Sent-Etyen" oyun öncəsi şad xəbər alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın 2 zədəli futbolçusu sıraya dönüb.

Söhbət Jessi Mulin və Robert Beriçdən gedir. Mulin məşq zamanı ayağından yüngül xəsarət almışdı. Bu mənada, onun "qırmızı-qaralar"la matçda iştirakı sual altında idi. Lakin Mulin zədəsini sağaldaraq, məşqlərə başlayıb.
 
Onunla yanaşı, Beriç də kollektivlə birgə məşqlərə qoşulub. Adıçəkilən hücumçunun "Qəbələ"yə qarşı oynayacağı gözlənilir.
 
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə 23:05-də start götürəcək. 

Milli.Az


Teqlər:  Qəbələ oyun öncəsi qayıdış



RƏYLƏR


Top xəbərlər