"Ailəli adamam, olmaz" - Lamiyə Ələkbərqızı

"Ailəli adamam, olmaz" -  Lamiyə Ələkbərqızı
14:31 19 Oktyabr 2016
171 Şou
Ölkə mətbuatı
A- A+

“Yeni mövsümə çox yaxşı başladıq. Kanalımızdakı dəyişikliklər hiss olunur. Qarşıda yeni və maraqlı verilişlərimiz var”.

Bu sözləri Axşam.az-a açıqlamasında “Lider” telekanalının icraçı direktorunun birinci müavini, aparıcı Lamiyə Ələkbərqızı deyib.

O bildirib ki, yeni veriliş təklifləri alıb:

“Hazırda gündəlik efir aparıram, başqa layihələrlə məşğulam. Yeni təkliflər var, istəmirəm çox proqramda görsənim”.

L.Ələkbərqızı aktrisalıq bacarığı olsa da, heç vaxt filmə çəkilməyəcəyini deyib:

“İnsan özünü gördüyü yerdə olsun. Mən incəsənət universitetini bitirmişəm. Akrtisalıq edib, rol da oynaya bilərəm. Amma istəmirəm, ola bilər elə rol olsun ki, rejissorun dediyini edə bilməyim. Milli mentalitet var, ailəli adamam, olmaz. Ya gərək orda da aparıcı olum. Özümü filmdə görə bilmirəm. Kiminsə üzünə başqa cür baxa bilmərəm”.

Hər zaman formada qalan aparıcı 47 kiloqram çəkisi olduğunu söyləyib:

“Özümü saxlayıram, nəfsimə hakim oluram. Tamaşaçılar elə bilər ki, yeyirəm kökəlmirəm. Əsla, az yeyirəm. Yesəm kökələrəm. Ciddi pəhriz saxlamıram. Bir də rəhmətlik atam da arıq olub, ona oxşamışam. Məsuliyyət hiss edirəm, efirdəyəm kökəlmək olmaz. Bir kiloqram artıq olan kimi narahat oluram. Çəkim hər zaman 47-dir. 48 olanda artıq narahatlıq hiss edirəm".





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR