FHN-nin əməkdaşı 1-ci yerə layiq görülüb

FHN-nin əməkdaşı 1-ci yerə layiq görülüb
14:39 19 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 16-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionat Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində baş tutub. Avropa və Asiya dövlətlərindən 12 komandadan 300-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb. Çempionatda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ülvi Sadıqov 85 kq çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında iştirak edərək 1-ci yerə layiq görülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR