Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib
14:47 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Hasan Naqvini qəbul edib.
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, görüş zamanı AMB ilə DB arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
DB-nin Cənubi Qafqaz üzrə regional direktoru M.Tembon ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində AMB-nin mövqeyini xüsusi vurğulayıb.
E.Rüstəmov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə menecerinə fəaliyyətində uğurlar arzulayıb, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.
N.Naqvi Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyinatının qürurverici olduğunu qeyd edərək DB və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, mövcud layihələrin uğurla icrasının davam etdirilməsi və ölkə üçün əhəmiyyətli ola biləcək yeni layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin tövsiyələrini nəzərə alaraq fəaliyyət göstərəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-merkezi-bankinin-sedri-dunya-bankinin-numayende-heyetini-qebul-edibazerbaycan-merkezi-ba

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR