İranın hərbi gəmilərin Bakıya səfəri başladı

İranın hərbi gəmilərin Bakıya səfəri başladı
14:49 19 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya dostluq səfəri başlayıb.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.

 

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər oktyabrın 21-dək davam edəcək.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR