Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq artistinin oğlu hələ də ağır vəziyyətdədir - FOTO

Xalq artistinin oğlu hələ də ağır vəziyyətdədir - FOTO

Date: 19 October 2016 14:52

Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalovun vəziyyəti ağırdır.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a xalq artistinin qızı Gülbəniz Zeynalova deyib. Onun sözlərinə görə, qardaşı Məmməd Zeynalovun hər iki böyrəyi təcili dəyişdirilməlidir.

"Qardaşım 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. O, danışa bilsə də, bədəninin bir hissəsi işləmir. Artıq yaddaşı da zəifləyib. İnsanları tanıya bilmir. Bir də görürsən ki, danışdığı sözü unudur, başqa söz deyir. Bəzən elə olur ki, dili tutulur, danışa bilmir. Həkimlər bildirirlər ki, Məmmədin hər iki böyrəyi təcili əməliyyat olunaraq dəyişdirilməlidir. Hələlik gözləyirik, görək necə olacaq". 

Qeyd edək ki, Məmməd Zeynalov mərhum xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov bir neçə müddətdir ki, insult keçirib.

Milli.Az




Tags:  Xalq artistinin oğlu hələ ağır vəziyyətdədir FOTO


RƏYLƏR


Top news