Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ" - PAOK oyununa hazırdır

Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ" - PAOK oyununa hazırdır
14:57 19 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının J qrupunda "Qarabağ"la Yunanıstan PAOK-u arasında keçiriləcək Tofiq Bəhramov adına Respublika Stadionu komandaları qəbul etməyə hazırdır.
Stadionun direktoru Şamil Quliyevin "Report"a verdiyi məlumata görə, bir müddətdir ot örtüyünün yararsız olması səbəbindən təmirə bağlanan mərkəzi arena tam hazır vəziyyətə gətirilib. O bildirib ki, aramsız yağışlar yeni ot örtüyünə ziyan vurmayıb. Hazırda arenanın ot örtüyü Qəbələ şəhər stadionuna qulluq edən ingilis Filip Şarplesin nəzarətindədir.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.







Xəbərin orijinal ünvanı: http://report.az/futbol/tofiq-behramov-adina-respublika-stadionu-paok-la-oyuna-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR