Zidan: "Hər futbolçuya vaxt çatacaq"

Zidan: "Hər futbolçuya vaxt çatacaq"
15:05 19 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın hər bir oyunçusu əsas heyətdə yer almağa layiqdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı çalışdırıcı ispan mətbuatına açıqlama verib. O, bəzi futbolçuların əsas heyətə nadir hallarda düşməsinə şərh verərək, hər bir oyunçuya vaxt çatacağını bildirib: "Bir futbolçunu hər həftə oynatmaq imkanımız yoxdur. Hələ qarşıda çoxlu matçımız var. Odur ki, hər bir futbolçuya vaxt çatacaq. Heyətimizdə olanlar ilk "11-lik"də çıxış etməyə layiqdirlər".
 
Qeyd edək ki, La Liqanın cari mövsümündə geridə qalan 8 turdan sonra "Atletiko" ilə birlikdə 18 xal toplayan "Real" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR