Ermənistanda dərman biznesini mafiya idarə edir

Ermənistanda dərman biznesini mafiya idarə edir
15:12 19 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda dərman idxalı və istehsalını mafiya idarə edir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu parlamentin iclasında Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan deyib. 

Onun sözlərinə görə, Ermənistanda əksər ağrıkəsici dərmanlar saxtalaşdırılır, bu sahədə özbaşınalıqlar hökm sürür: "Həkimlər ölkədə dərman almağı məsləhət görmürlər. Bu sahədə özbaşınalıq hökm sürür. Kim bu sahəyə nəzarət edəcək? İnsanların həyatı təhlükədədir".

Aram Manukyan əlavə edib ki, Ermənistanda acınacaqlı vəziyyət hökm sürür. Dərman biznesi mafiyanın əlindədir və bu səbəbdən insanlar xaricdən dərmanlar almaq məcburiyyətində qalırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR