Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR istiqrazlarının bazarda qiyməti necə dəyişəcək

SOCAR istiqrazlarının bazarda qiyməti necə dəyişəcək

Date: 19 October 2016 15:12

Bakı. 19 oktyabr. REPORT.AZ/ SOCAR istiqrazlarının Azərbaycan bazarında ilkin yerləşdirilməsi oktyabrın 10-da başa çatdıqdan sonra dünən, oktyabrın 18-dən təkrar bazarda istiqrazların tədavülünə başlanılıb. "Report" xəbər verir ki, istiqrazların nominalı 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, gəlirliliyi illik 5% və faizlərin ödənişi 3 aydan bir nəzərdə tutulub. Yəni, istiqrazlara sahib olan investorlar 2017-ci il yanvarın 10-da 3 aylıq faizlərini emissiyanın anderrayteri və market-meykeri olan "PSG Capital" investisiya şirkətindən ala biləcək. Bu da hər bir istiqraz üçün 12,5 dollara, illik gəlir isə 50 dollara bərabər olacaq.
SOCAR istiqrazlarının təkrar bazarda qiyməti isə faiz gəlirini əldə etmə müddətinin yaxınlaşmasına görə dəyişəcək. Belə ki, SOCAR istiqrazları gündə 50/365, yəni təxminən 0,137 dollar faiz gəliri təmin edəcək. Bu da bir həftəyə 0,96 dollar deməkdir. Təbii ki, istiqrazlar inkişaf etmiş maliyyə bazarlarında müxtəlif amillərin təsiri ilə formalaşır. Lakin Azərbaycan maliyyə bazarı formalaşma mərhələsində olduğu üçün "Report"un analitik qrupu istiqrazların qiymətinin ancaq müddətə görə dəyişəcəyini bildirir: "Nəzərə almaq lazımdır ki, SOCAR istiqrazları dollar ekvivalentində olduğuna görə, daha da sabit maliyyə alətinə çevrilir. Bu istiqrazlar manatda olsa idi, Mərkəzi Bankın uçot dərəcəsi və manat/dollar məzənnəsindəki dəyişikliklərin istiqrazların qiymətinə təsirini görmək olardı".
"Yəni, istiqraz tədavülə çıxdığı ilk həftənin sonunda qiyməti 1 001 dollar, 5 həftə sonra 1 005 dollar, 3 aylıq müddətin tamamında isə 1 012,5 dollar olacaq. Faizlər alındıqı gündən etibarən isə proses yenidən təkrarlanacaq", - deyə analitiklər qeyd ediblər.

Tags:  SOCAR istiqrazlarının bazarda qiyməti dəyişəcək



RƏYLƏR


Top news