Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilərlər?

Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilərlər?
15:17 19 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyasının növbəti iclası keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, iclasda Azərbaycan nümayəndə heyətini DANX-nin rəisi Elnur Abdullayev, Rusiya tərəfdən isə Nəqliyyat Nazirliyinin Avtomobil və şəhər sərnişin nəqliyyatı sahəsi üzrə dövlət siyasəti departamentinin direktoru Aleksey Sergeyeviç Bakirey təmsil edəcək:

"İclasda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin dəyişdirilməsi, həmçinin sərnişin və yük daşımaları məsələləri, "İcazə" blanklarının kontingentinin müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcəkdir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR