Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı

Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı
15:17 19 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb.

Milli.Az bildirir ki, bu barədə APA-ya itkin düşən şəxsin qardaşı İlqar Cəbrayılov məlumat verib.
 
Onun sözlərinə görə, qardaşı, 1973-cü il təvəllüdlü Vüqar İsrail oğlu Cəbrayılov 10 gün əvvəl avtomobil almaq üçün Bakı şəhərinə gedib. Bir neçə gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının evində qalan V.Cəbrayılov istədiyi avtomobili tapa bilməyib.
 
Oktyabrın 13-də o, rayona qayıtmaq adı ilə evdən çıxıb. Həmin vaxtdan ondan xəbər yoxdur.
 
Qardaşının dediyinə görə, V.Cəbrayılovun üstündə 5 min manat olub. Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə, Sabunçu Rayon Polis İdarəsinə və Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR