"Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı - Səmada qorxulu anlar

"Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı - Səmada qorxulu anlar
15:17 19 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 3-cü turu çərçivəsində "Fənərbağça" səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq. 

Milli.Az NTV-yə istinadən xəbər verir ki, "Fənərbağça"nın oyunçularını aparan təyyarə Budapeştə məcburi eniş etmək məcburiyyətində qalıb.

Təyyarənin ön şüşəsinin bir naməlum cisimlə toqquşması nəticəsində çatladığı bildirilir.

Çatın daha da böyüməməsi məqsədi ilə təyyarənin təcili eniş etdiyi və "Fənərbağça"nın heyətinin səmada olarkən böyük bir təhlükədən yaxa qurtardıqları deyilir.

Klub heyətinin Budapeşt hava limanında gözlədiyi bildirilir. Təyyarədəki nasazlıq aradan qaldırıldıqdan sonra, "Fənərbağça"nın Mançestrə yola düşəcəyi açıqlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR