Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib

Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib

Date: 19 October 2016 15:32

Bakı. 19 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib.
“Report”un xəbərinə görə, nazirliyin Analitik Ekspertiza Mərkəzinin dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə ünvanladığı xəbərdarlıqda bildirilir ki, farmakopeya qaydalarına əsasən steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir.
Xəbərdarlıqda qeyd olunur kİ, həftənin şənbə və bazar günləri Mərkəzin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftəiçi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiqlənən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarına əsasən dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qalır.

Tags:  Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı bağlı xəbərdarlıq edib

RƏYLƏR


Top news