Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

Date: 19 October 2016 15:32

Bakı. 19 oktyabr. REPORT.AZ/ Sabah Bakıda Azərbaycan-Rusiya Beynəlxalq avtomobil daşımaları Qarışıq Komissiyasının növbəti iclası keçiriləcək. 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) "Report"a daxil olan məlumata görə, iclasın Azərbaycan nümayəndə heyətinin sədri, DANX-ın rəisi Elnur Abdullayev, Rusiya tərəfindən Nəqliyyat Nazirliyi Avtomobil və şəhər sərnişin nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey təmsil edəcək. 
İclasda Azərbaycanla Rusiya arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin dəyişdirilməsi, həmçinin, sərnişin və yük daşımaları məsələləri, "İcazə" blanklarının kontingentinin müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcək. 

Tags:  Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

RƏYLƏR


Top news