Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Fənərbağça" klubunu aparan təyyarə Macarıstana məcburi eniş edib

"Fənərbağça" klubunu aparan təyyarə Macarıstana məcburi eniş edib

Date: 19 October 2016 15:37

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunda İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq Türkiyə "Fənərbağça"sı insidentlə üzləşib. "Report"un məlumatına görə, İstanbul təmsilçisini Mançesterə aparan təyyarənin, havada ikən ön şüşəsinə quş çırpılıb.
Bu səbəbdən, təyyarə hava məkanında olduğu Macarıstanın paytaxtı Budapeşt aeroportuna məcburi eniş edib. İstanbuldan ikinci təyyarənin Budapeştə gedərək komandanı Mançesterə aparacağı bildirilib.
Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.


Tags:  Fənərbağça klubunu aparan təyyarə Macarıstana məcburi eniş edib

RƏYLƏR


Top news