"İllərdi, pul qazanarsınız, Eldar Mahmudova pay ayırmırsınız" - "MTN işi"ndən ŞOK İFADƏLƏR

"İllərdi, pul qazanarsınız, Eldar Mahmudova pay ayırmırsınız" - "MTN işi"ndən ŞOK İFADƏLƏR
15:39 19 Oktyabr 2016
104 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO (30 Mart 2017 14:27)
Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO (30 Mart 2017 14:23)

 

MTN generalı Akif Çovdarovun  barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub.

 

Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılır. Bu gün keçirilən proses oktyabrın 31-ə təxirə salınıb. Jurnalistlər məhkəməyə buraxılmayıb.

 

Lent.az virtualaz.org-a istinadən Çovdarovun istintaq materiallarından bəzi epizodları təqdim edir.

 

Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Belə epizodlardan biri də Azərbaycanda kifayət qədər tanınmış şirkətin - plastik su və kanalizasiya boruları istehsal edən “Met-ak” MMC-nin sahibinin soyulması barədədir.

 

2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin işçisi (hazırda onunla birlikdə müttəhimlər kürsüsündə oturur) polkovnik-leytenat Akif Əliyev bu şirkətin direktorunu hüzuruna çağırır.

 

“Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu zərərçəkmiş qismində istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

 

Zərərçəkən deyir ki, həmin vaxt MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi ) Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başladı. “Bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazımdır” - dedi. Zülfüqarov təbii ki, bu barədə əvvəlcə dayısına xəbər verir, onun razılığını alandan sonra fevralın əvvəllərində səhər tezdən yollanır MTN-in binasına.

 

Qapıda onu Akif Əliyevin işçilərindən biri qarşılayır, MTN-nin ikinci mərtəbəsinə aparıb otaqlardan birinə salır. Zülfüqarovu axşama qədər MTN-də saxlayıblar və bir neçə dəfə dindiriblər, izahat-filan alıblar. Nəhayət saat 19.00 radələrində Akif Əliyev otağa daxil olur, söhbətə başlayır və çox keçmədən mətləbə keçir.

 

“Uzun illərdir, işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun, əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız. Sizin bütün maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanıb tək yeməkdir” - Əliyev deyir.

 

Daha sonra Çovdarovun işçisi mətləbə keçir: “50 min manat verməlisiniz, əks halda sizə işləməyə imkan verməyəcəyik!”

 

Zülfüqarovun isə cavabı belə olur ki, 50 min manat məsələsində qərarı ancaq dayısı Alik verə bilər, ona görə də gərək dayısı ilə danışsın, sonra cavab versin. Ertəsi gün Zülfüqarov şirkətin ofisində məsələni dayısına danışır. Ancaq Alik Kərimov deyir ki, “Met-ak” şirkətinin fəaliyyətində heç bir pozuntu mövcud deyil və MTN onlara heç nə edə bilməz. Ancaq hər halda aparıb Akif Əliyevə 10 min manat vermək lazımdır ki, başlarını ağrıtmasın.

 

Belə də olur. Zülfüqarov “Met-ak”ın kassasından 10 min manat götürür, fevralın 11-də Akif Əliyevə zəng vuraraq onunla MTN-in yaxınlığındakı “Sultan” kafesində görüşür. Pulu çatdırır, bundan sonra Akif Əliyev onu narahat etmir.

 

İstintaq bu deyilənləri təsdiq edən dəlillər toplayıb, MTN-nin binasında çəkilmiş videogrüntülərə əsasən Zülfüqarovun göstərilən tarixdə nazirliyə aparıldığını təsdiqləyib. Habelə “Met-ak”ın hesabat kitabında 10 min manat pulun kassadan MTN-ə çatdırılması üçün götürüldüyü haqda qeyd olub.

 


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23

Hind qızları palçığa batan avtobusu dartıb çıxardılar

29 Aprel 2017 23:22