"Yaprak dökümü"nün "Ali Rza bəy"i Tarık Akanla küsülü imiş

"Yaprak dökümü"nün "Ali Rza bəy"i Tarık Akanla küsülü imiş
15:51 19 Oktyabr 2016
87 Şou
Ölkə mətbuatı
A- A+

"Yaprak dökümü"nün "Ali Rza bəy"i Halil Ergün müğənni Selda Bağcanın konsertində iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur aktyor jurnalistlərin bir neçə sualını da cavablandırıb. O, bir müddət əvvəl dünyasını dəyişən həmkarı Tarık Akanla küsülü olması barədə suala belə cavab verib:

"O, mənim 40 illik dostum idi. Danışıb, halallaşmışdıq. Amma mənə qarşı səhv etmişdilər. Bilib-bilmədən haqqımda səhv fikirlər səsləndirmişdilər".

Qeyd edək ki, H.Ergün seçkilərdə "AK Parti"yə səs verdiyini açıqlayandan sonra T.Akanla araları dəymişdi. T.Akan Türkiyədə müxalif fikirlərinə görə seçilən məşhurlarımızdandır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR