Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin 4-ü üçün qadağa ləğv edilib

Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin 4-ü üçün qadağa ləğv edilib
15:57 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 3 nəfər azalaraq 609-a düşüb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 1 nəfər azalıb və hazırda 382 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 995-dən 991-ə enib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycandan-vergi-borcuna-gore-cixmasi-qadagan-edilenlerin-4-u-ucun-qadaga-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR