Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qırmızı bağ” filmi “YARAT”da

“Qırmızı bağ” filmi “YARAT”da

Date: 19 October 2016 16:06

Oktyabrın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” filmi təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, “Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən bir insanın həyatından bəhs edir. Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Qeyd edək ki, filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırıblar.


Tags:  Qırmızı bağ filmi YARATda

RƏYLƏR


Top news