Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bacısının əri ilə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu

Bacısının əri ilə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu

Date: 19 October 2016 16:17

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın və onun qoşulub qaçdığı bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlunun barəsində axtarış elan olunub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu axtarışla bağlı Bakının Qaradağ rayonunun Buta qəsəbəsi və Cəlilabadın ucqar kəndlərində əməliyyat keçirib: "Bununla bağlı Bakıda Buta qəsəbəsində, oğlanın işlədiyi daş karxanalarında əməliyyat-axtarış tədbirləri keçirilsə də, axtarışlar heç bir nəticə verməyib. Cəlilabad rayonunun İranla sərhəd ərazilərində yerləşən kəndlər də axtarılıb, həmin şəxslərin gizlənməsi ehtimal edilən ev və obyektlərə baxış keçirilib. Hazırda azyaşlı qızın qaçırılması ilə bağlı axtarışlar davam etdirilir".

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyib və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.

Milli.Az


Tags:  Bacısının əri qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu

RƏYLƏR


Top news