Xınalıq yolunda qar və qaya uçqunu olub

Xınalıq yolunda qar və qaya uçqunu olub
16:27 19 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. "Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR