Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR-da “CarbonLimits” şirkətinin nümayəndələri ilə görüş keçirilib

SOCAR-da “CarbonLimits” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Date: 19 October 2016 16:32

Bakı.19 oktyabr. REPORT.AZ/ Bu gün Dünya Bankının təşəbbüsü ilə Norveçin “Carbon Limits” şirkətinin nümayəndələri ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə arasında görüş keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşün məqsədi Dünya Bankı ilə SOCAR arasında birgə əməkdaşlığı genişləndirərək “Carbon Limits” şirkətinin təcrübəsindən yararlanmaqla Azərbaycanda atmosferə atılmaların azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir. Görüşdə SOCAR və “Carbon Limits” şirkəti arasında bu sahədə görülə biləcək işlər müzakirə edilib. “Carbon Limits” şirkətinin nümayəndəsi Torleif Haugland görüşün təşkilinə görə SOCAR rəhbərliyinə təşəkkür edib və gələcəkdə birgə əməkdaşlığın verə biləcəyi töhfələrdən danışıb.                              

Tags:  SOCAR-da CarbonLimits şirkətinin nümayəndələri görüş keçirilib


RƏYLƏR


Top news