"Nazirlikdə aləmi bir-birinə qataram" - Müğənnilərin borc qalmaqalı

"Nazirlikdə aləmi bir-birinə qataram" - Müğənnilərin borc qalmaqalı
16:37 19 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında borc qalmaqalı pik həddə çatıb. Adları nazirliyin "qara siyahı"sında yer alan sənət adamlarının bəziləri vergi borclarını versə də, tanınmışların çoxu "qara qəpik də verməyəcəyik" deyə israr edir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, xalq artisti Gülyanaq Məmmədova hələ də vergi borcunu ödəmədiyini deyib. Bildirib ki, bununla əlaqədar nazirlikdən ona bir neçə dəfə zəng gəlib.

"Mənə zəng edib bildirdilər ki, nə vaxt vergi borcunuzu ödəyəcəksiniz? Dedim ki, heç vaxt. Mən hər rüb üzrə qazandığım gəlirə əsasən vergi ödəyirəm. Xəbərdarlıq edilmədən yazılmış borcu ödəməyə imkanım yoxdur. Mən həmişə ödəniş etmiş adamam, niyə o boyda borcum olmalıdır ki? Onlar mənə telefonda heç nə demədilər. Mədəni şəkildə sağollaşdılar.

Mən hamilə qadınam, toylara çətinliklə, ağırı içində gedirəm. Əlimdə pul olmalıdır ki, uşaq olandan sonra ona baxım. Axı 2-3 ay işləyə bilməyəcəm".

Ölkədən çıxışına qadağa qoyulan müğənni Abbas Bağırov borc məsələsinin həll edilmədiyini söyləyib.

Adının Vergilər Nazirliyinin "qara siyahı"sına salınması müğənni Sevinc Musayevanı qəzəbləndib. Sənətçi bu xəbəri eşidəndə əsəbləşdiyini deyib.

"Adım siyahıya salınan zaman Gəncədə idim. Xəbəri eşidib əsəbiləşmişdim. Hər dəfə vergi borcunu ödəmişəm. İndiyə kimi bir dəfə də olsun gecikməm olmayıb. Öz mətbuat xidmətimə dedim ki, Vergilər Nazirliyinə getsəm, aləm bir-birinə dəyəcək. Elə edin ki, ora gəlməyim. Yaxşı olar ki, özünüz həll edəsiniz. Ondan sonra bu məsələ ilə maraqlanmıram. Qazancım olmayanda da 100, 200 manat rüsum ödəmişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR