Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İlin aktrisası" seçilən Məleykədən cazibədar FOTOlar

"İlin aktrisası" seçilən Məleykədən cazibədar FOTOlar

Date: 19 October 2016 17:12

Xalq artisti Məleykə Əsədova "VII The First" mükafatlandırılma mərasimində "İlin aktrisası" seçilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, aktrisa 27 ildir sənətdə olmasına baxmayaraq daim sevildiyini hiss etidyini vurğulayıb. Xalq artisti təəssüratlarını bölüşüb: "27 ildir ki, Azərbaycan səhnəsindəyəm. Bu illər ərzində eyni şöhrəti, eyni alqışları, sevgini hiss edirəm. Mənim üçün ən böyük mükafat tamaşaçı sevgisidir. Keçən il də "İlin aktrisası" mükafatına layiq görüldüm. Səhnədə hər zaman fərqli obrazlar oynayıram. Azərbaycan səhnəsində ən çox klassik obrazlar oynayan aktrisayam. Teatrda üç-dörd gündür ki, İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanan "Cəhənnəm sakinləri" tamaşasının məşqlərinə başlamışıq. Tamaşada tərəf müqabilim Nurəddin Mehdixanlı və Elşən Rüstəmovdur. İnşallah iki-üç aya tamaşanı təqdim edəcəyik".

Xalq artistinin gecə üçün seçdiyi libası da diqqətdən qaçmayıb. Aktrisa bənövşəyi ziyafət libası və dərin sinə dekoltesi ilə göz oxşayıb.

Milli.Az








Tags:  İlin aktrisası seçilən Məleykədən cazibədar FOTOlar

RƏYLƏR


Top news