Bakının kəndində su evlərə doldu - "Hazırda yol tamam bağlanıb" - FOTO

Bakının kəndində su evlərə doldu - "Hazırda yol tamam bağlanıb" - FOTO
17:12 19 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Nasoslarla suyu bayıra çıxarırıq, yenidən dolur.

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya şikayətində Abşeron rayon, Məhəmmədi kənd sakini Nizami Sadıqov deyib.

Kənd sakini bildirib ki, hazırda kənddəki 70-dən çox evi su basıb:

"Məhəmmədi bələdiyyəsində olduq. Dedilər ki, bizim gücümüz çatmir. Daha sonra FHN-ə zəng vurduq. Onlar da bildirdilər ki, gözləyək. Nə vaxt deyilsə, onda gələcəklər. Hazırda yol tamam bağlanıb. Nə uşaqlar məktəbə gedə bilir, nə də ki biz hərəkət edə bilirik".

Kənd sakini onu da bildirib ki, yaşadıqları ərazidə kanalizasiya sistemi yoxdur: "Dəfələrlə müraciət etmişik, ancaq bizə kanalizasiya sistemi çəkilmir".

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR