Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxs haqda xəbər var (15 Mart 2017 22:12)
Bacısını qətlə yetirən Sabirabad sakininə məhkəmə "yox" dedi (15 Mart 2017 11:22)
Çempionun məhkəməsi başladı - NARKOTİK İTTİHAMI (14 Mart 2017 14:54)

Tarix: 19 Oktyabr 2016 17:22

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Ramin Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü R.Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramilə Əhmədovaya bıçaqla çoxsaylı xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Teqlər:  Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb



RƏYLƏR


Top xəbərlər