Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ADB Azərbaycanın enerji layihələrinə ayırmaq istədiyi vəsaitin həcmini 34% azaldıb

ADB Azərbaycanın enerji layihələrinə ayırmaq istədiyi vəsaitin həcmini 34% azaldıb

AMB depozit hərracının büdcəsini yenidən artırıb (02 Mart 2017 12:57)
AMB depozit hərracında cəlb edəcəyi vəsaitin həcmini yenidən azaldıb (20 Fevral 2017 10:52)
AMB depozit hərracının büdcəsini 33% artırıb (15 Fevral 2017 13:32)

Tarix: 19 Oktyabr 2016 17:22

Bakı. 19 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" layihələri üçün çoxtranşlı maliyyələşmə (MFF) proqramı çərçivəsində 2016-cı ilin sonuna kimi 1 mlrd. ABŞ dolları həcmində kredit ayırmağı təklif edir. “Report”un əldə etdiyi məlumata görə, vəsait 2 müxtəlif maliyyələşmə xətti üzrə təqdim oluna bilər.
Məlumatda deyilir ki, Bankın Direktorlar Şurası məsələyə ilin sonuna kimi baxıb, yekun qərar verəcək.
Qeyd edək ki, ADB-nin bundan öncə yaydığı məlumata Bankın adıçəkilən layihələrə 1,505 mlrd. dollar ayıra biləcəyi qeyd edilirdi. Bununla da layihədə dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsi nəzərdə tutulurdu. Eyni zamanda bildirilirdi ki, proqram hələ təqdim olunmayıb.
Xatırladaq ki, Bankın Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib. Məlum olmayan səbəblərdən Direktorlar Şurasının qərarı ilin sonuna qədər təxirə salınıb.

Teqlər:  ADB Azərbaycanın enerji layihələrinə ayırmaq istədiyi vəsaitin həcmini 34 azaldıb



RƏYLƏR


Top xəbərlər