EOC: "II Avropa Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılmır"

EOC: "II Avropa Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılmır"
17:37 19 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "II Avropa Oyunlarının Rusiyada keçirilməsinə dair razılıq yoxdur".
"Report"un məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (EOC) baş katibi Rafaelo Panyotsi "İnterfax"a açıqlamasında deyib.
O bildirib ki, növbəti Oyunlarının məkanı barədə qərar yaxın həftələrdə veriləcək: "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınadək Rusiya ilə müəyyən anlaşma var idi. Amma indi bu məsələnin həllinə dair yeni qərara gəlinməlidir. EOC-un Belarusun paytaxtı Minskdə keçiriləcək Baş Assambleyasında ən vacib qərarlar qəbul olunacaq. Fikrimcə, yekun qərar bir neçə həftə ərzində veriləcək".
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda keçirilib. Avropa Olimpiya Komitələrinin 45-ci Baş Assambleyası 20 - 22 oktyabrda qitənin 50 ölkəsindən olan nümayəndələrin iştirakı ilə keçirləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/eoc-ii-avropa-oyunlarinin-rusiyada-kecirilmesi-planlasdirilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR