Səudiyyə Ərəbistanı rekord həcmdə istiqraz satıb

Səudiyyə Ərəbistanı rekord həcmdə istiqraz satıb
17:37 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı bu gün keçirilən hərraclarda qlobal bazarda 17,5 mlrd. ABŞ dolları həcmində valyuta istiqrazları yerləşdirib. "Report"un "RBK" saytına istinadən verdiyi xəbərə görə, toplam tələb 67 mlrd. dollara yaxın olub. 
Qeyd edək ki, 5, 10 və 30 il müddətinə yerləşdirilən dollar bondlarının satış həcmi inkişaf etməkdə olan ölkələr üçün tarixi rekord həcm təşkil edib. Belə ki, buna qədər ən böyük yerləşdirməni 2016-cı ilin əvvəlində (16.5 mlrd. dollar) Argentina həyata keçirib. 
Xatırladaq ki, istiqraz satışına səbəb S.Ərəbistanının neftin qiymətinin kəskin azalması fonunda yerli valyutaya dəstək vermək və büdcə kəsirini örtmək üçün maliyyə vəsaitinə ehtiyac duyması olub. Ötən il S.Ərəbistanının büdcə kəsiri ÜDM-in 15%-nə yüksələrək 97 mlrd. dollar təşkil edib. 
Müqayisə üçün bildirək ki, 5 illik istiqrazların gəlirliyi ABŞ istiqrazlarından 1,6 faiz bəndi, 10 illik - 1,85 faiz bəndi, 30 illik - 2,35 faiz bəndi yüksək olması gözlənilsə də, reallıqda müvafiq olaraq 1,4 faiz bəndi, 1,7 faiz bəndi və 2,15 faiz bəndi çox olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/seudiyye-erebistani-rekord-hecmde-istiqraz-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR